|
Təhsil Nazirliyi paytaxt məktəblərində davamiyyətlə bağlı reydlərə başlayıb
Azərbaycan Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə bu gündən paytaxtdakı orta məktəblərdə şagirdlərin dərsə davamiyyətini yoxlamaq məqsədilə reydlərə başlayıb. Trend-in məlumatına görə, cümə axşamı keçirilən ilk reyd Nərimanov rayonundakı orta məktəblərdə KİV nümayəndələrinin iştirakı ilə aparılıb. KİV nümayəndələri Nərimanov rayonunun 177, 47 və 258 saylı orta məktəblərində aparılan reydlərdə iştirak ediblər. Reyd zamanı hər üç məktəbdə davamiyyətin 95 faizdən yuxarı olduğu məlum olub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib ki, reydlər təhsil naziri Misir Mərdanovun tapşırığına uyğun olaraq keçirilir. Reydlər hər həftə Bakının bir rayonunda keçiriləcək. Məktəblərdə reydlərin keçirilməsi bu ilin sonunadək davam etdiriləcək. Onun sözlərinə görə, bu reydlər məktəblərdə davamiyyətin və nizam-intizamın daha da gücləndirilməsinə səbəb olacaq. /Trend/ Oxşar xəbərlər:
|
AVCIYA.AZ
Yuxarı