|
Azərbaycan regional problemlərin həllində rol oynaya bilər - Laricani
Spikerin sözlərinə görə, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları müzakirə olunub. Laricani iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini də qeyd edib və deyib ki, onun səfəri ölkələr arasında əlaqələri dərinləşdirə və əməkdaşlığa yardım edə bilər. Gəncəyə səfəri barədə danışan spiker bildirib ki, sovetlər birliyi dövründə yaradılan bütün çətinliklərə baxmayaraq, şəhər sakinləri etiqadlarını qoruyub saxlayıblar. Milli Məclisin spikeri Oqtay Əsədovun rəsmi dəvəti ilə Azərbaycanda olan Laricani şənbə günü Gəncəyə səfər edərək Şah Abbas məscidini və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. /Trend/ Oxşar xəbərlər:
|












Azərbaycan müsəlman ölkəsi kimi mühüm regional problemlərin həllində rol oynaya bilər. Trend-in məlumatına görə, bunu şənbə günü Gəncədə səfərdə olan İran parlamentinin spikeri