Azərbaycanda qızların nikah yaşı artırılır
Xəbərlər » Ölkədə / (26-10-2011, 15:53)

Azərbaycanda qızların nikah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılacaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclasında bildirilib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, indiyədək qızların nikah yaşı 17 olub, Ailə Məcəlləsinə müvafiq dəyişiklikdən sonra isə bu hədd 18 olacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı