APA-nın məlumatına görə, 92 il əvvəl məhz bu gün müstəqil Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib. Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldırıb. AXC hökuməti məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərib. Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qalıb.
Tarix : 27-04-2012, 13:08
Bu gün dünya şöhrətli musiqiçi Mstislav Rastropoviçin anım günüdür. Trend-in məlumatına görə, Rastropoviç 2007-ci ilin aprel ayının 27-si, ömrünün 80-ci baharında dünyasını dəyişib. Mstislav Rastropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Atası Leopold Rastropoviç qismən belarus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rastropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür.
Tarix : 27-04-2012, 11:05
"Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar qalıb". APA-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Bu gün işğal olunan ərazilərdə qalan abidələrin vəziyyətinə nəzarət edə bilmirik, bu bizim ağrılı yerimizdir”. Nazir vurğulayıb ki, işğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri kobud şəkildə, vəhşicəsinə dağıdılır, hətta onlara qarşı dini baxımdan hörmətsizlik edilir: “Bunu keçirilən bütün beynəlxalq konfranslarda dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır”.
Tarix : 27-04-2012, 10:44
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovu qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Prezident ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin razılıq doğurduğunu deyib. Dövlət başçısı Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Tarix : 27-04-2012, 10:34
Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycana rəsmi səfərə gəlib. APA-nın xəbərinə görə, qonağı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Bolqarıstan səfirliyinin diplomatları qarşılayıb.
Tarix : 26-04-2012, 15:52
Azərbaycan Nazirlər Kabineti Azərbaycanın qeyri-maddi irsinin qorunması ilə bağlı xüsusi qərar qəbul edəcək. Bu qərar Azərbaycanın qeyri-maddi irs nümunələrinin xüsusi qeydiyyatını və pasportlaşmasını nəzərdə tutur. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, qeyri-maddi mədəni irsə Azərbaycanın folklor nümunələri, xalq yaradıcılığı, tətbiqi sənəti, dastanları, mahnıları, rəqsləri, ənənəvi bilikləri – milli yeməkləri, hətta xalq təbabətinə daxil olan yerli dərmanları daxildir.
Tarix : 26-04-2012, 14:26
2012-ci il aprelin 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfər təşkil edir. Bu barədə cümə axşamı Trend-ə fondun İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib. Məlumata görə, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları nisbətən coxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir.
Tarix : 26-04-2012, 14:24
“Bu cür tədbirləri siyasiləşdirməkdən çəkinmək lazımdır”
Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın APA-ya müsahibəsi
Tarix : 26-04-2012, 12:26
Azərbaycan Prezidenti İlham Əliyev "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;...
Tarix : 26-04-2012, 10:36
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olub. Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verildi.
Tarix : 26-04-2012, 10:22
|