Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"un açılışında iştirak ediblər. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə və xanımına "Baku Crystal Hall"da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir.

Tarix : 8-05-2012, 10:41

Şamaxının millət vəkili Elxan Süleymanov faşizm üzərində qələbənin 67-ci ildönümü ərəfəsində müharibə veteranları ilə görüş keçirib. Şamaxıdakı qərargahında baş tutan görüşdə çıxış edən Elxan Süleymanov İkinci Dünya müharibəsi illərində bütün azərbaycanlılar kimi şamaxılıların da minlərlə fədakarlıq nümunəsi göstərdiklərini xatırladıb,  Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayıb. Millət vəkili müharibəyə yollanmış Şamaxı sakinlərinin yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu qeyd edib.

Tarix : 7-05-2012, 16:53

“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib.

Tarix : 7-05-2012, 14:59

Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.

Tarix : 7-05-2012, 11:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri, "Hilton" otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.

Tarix : 7-05-2012, 10:58

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən şənbə günü Trened-ə verilən məlumata görə, konfransı Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə giriş sözü ilə açdıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tarix : 7-05-2012, 10:57

Bu ilin sonunda Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardan köçürülməsi prosesinə başlanacaq. Bu barədə APA-ya baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu il məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait xeyli artırılıb: “Ötən il bu məbləğ 100 mln. manat idisə, bu il 300 mln. manat nəzərdə tutulub”.

Tarix : 5-05-2012, 13:46

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-3-də Bakıda səfərdə olub. E. Süleymanovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun qəbulunda, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olublar.

Tarix : 4-05-2012, 15:20

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ofisinin Müdafiə üzrə koordinatoru xanım Qvenell Fontana ilə görüşüblər. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşdə azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində saxlanma şəraitinin araşdırılması, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Tarix : 4-05-2012, 15:02

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 830 əcnəbi vətəndaş ölkədən çıxarılıb.DMX-dən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Tarix : 4-05-2012, 10:57
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı