Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb. Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, DİN-in internet saytında (www.mia.gov.az) elektron xidmətlər bölməsi yaradılıb.Həmin bölmə vasitəsilə vətəndaşlar bir sıra sənədlərin alınması və müraciət edilməsini elektron formada həyata keçirəcəklər.

Tarix : 29-11-2011, 15:03

Bu gün Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb. APA-nın məlumatına görə, bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, təşviqat yalnız qeydə alınmış namizədlər tərəfindən aparılıb. Seçki qanunvericiliyinə uyğun olaraq, noyabrın 7-si saat 08.00-da başlamış təşviqat kampaniyası 21 gün davam edib və bu səhər saat 08.00-da yekunlaşıb.

Tarix : 29-11-2011, 11:29

Azərbaycanın ümumtəhsil məktəblərində yaş senzi tətbiq olunandan sonra müəllimlərin sayı 10 min nəfər azalıb. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim çalışır, bu say isə normadan artıqdır: “Bu gün Azərbaycan məktəblərində 1 milyon 300 min şagird təhsil alır. Əslində biz 1 müəllimə 12-13 şagird nisbətinə keçmək istəyirik. Şagirdlərin sayı 1 milyon 300 min olduğu halda müəllimlərin sayını hələ azaltmaq lazımdır”.

Tarix : 29-11-2011, 11:27

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Tarix : 28-11-2011, 15:03

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bazar ertəsi üçtərəfli əməkdaşlığın inkişafı üzrə Azərbaycan, Türkiyə və İranın xüsusi nümayəndələrinin görüşündə iştirak etmək üçün Tehrana yola düşüb. Müzakirələrin əsas mövzusu üç ölkənin XİN rəhbərlərinin Naxçıvanda keçiriləcək görüşünün gündəliyinə salınacaq mövzuları müzakirə etməkdir.

Tarix : 28-11-2011, 14:44

Azərbaycanda intellektual laboratoriyalar yaradılacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib. O bildirib ki, bu laboratoriyanın yaradılması üçün regional və beynəlxalq təcrübə öyrənilir. Babayevin sözlərinə görə, gənc alimlər üçün məlumat bazası da yaradılacaq.

Tarix : 28-11-2011, 14:38

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsində tərbiyə işinin təşkili sahəsindəki tədbirlərin səmərəliliyinin artırılması ilə əlaqədar aidiyyəti xidmət sahəsinin əməkdaşları ilə geniş müşavirə keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, müşavirədə çıxış edən Penitensiar xidmətin rəisi Mədət Quliyev Penitensiar xidmət üzrə tərbiyə işinin təşkili, məhkumların asudə vaxtlarının keçirilməsinin səmərəliliyinin artırılması, onların cəmiyyətlə sosial əlaqələrinin gücləndirilməsi, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilməyə təqdim olunmaları sahəsində son dövrlər ərzində tədbirlərin görülməsinə baxmayaraq, bu sahədə hələ də nöqsanların və həllini gözləyən problemlərin mövcud olduğunu bildirib.

Tarix : 28-11-2011, 11:14

“Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində Daxili İşlər Nazirliyində həyata keçirilmiş layihələrdən biri də «102» Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır. Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı var”.

Tarix : 26-11-2011, 13:57

Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılıb ki, Azərbaycan Parlamentinin Elm və təhsil komitəsi “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrini hazırlanması prosesini başa çatdırıb. Hər iki qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Məlumatda qeyd olunub ki, “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək.

Tarix : 25-11-2011, 15:47

Bu ilin doqquz ayı ərzində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sulutarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı, ümumilikdə 201 akt və protokol tərtib olunub.

Tarix : 25-11-2011, 15:40
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı