Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə elm xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMEA-nın viste-prezidenti Arif Həşimov bildirib ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı ümumilli lider Heydər Əliyevin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur.
Tarix : 30-04-2012, 14:08
Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsinin azalması müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, çaylarda suyun səviyyəsinin azalması son günlər havanın yağmursuz keçməsi ilə bağlıdır. Onun sözlərinə görə, Kürün aşağı hissələrində də suyun azalması müşahidə edilib: “Bu gün Kür çayının Qıraq Kəsəmən məntəqəsində 6, Surra məntəqəsində 30, Səlyanda 15, Şirvanda 21, Araz çayının Novruzlu məntəqəsində 20 santimetr azalma müşahidə edilib”.
Tarix : 30-04-2012, 11:53
2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb. Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra isə özünü öldürüb.
Tarix : 30-04-2012, 10:00
Milli Məclisin (MM) mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasda “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələ də müzakirə olunacaq. Belə ki, iclasda Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı müzakirələr aparılacaq, həmçinin qərar qəbul olunacaq. A. Təvəkküloğlu hazırda qəbul olunacaq qərar layihəsinin üzərində iş aparıldığını vurğulayıb.
Tarix : 28-04-2012, 12:51
Şamaxı rayonunda 2008-ci ildən etibarən baş verən sürüşmələr nəticəsində 362 ev tam qəzalı vəziyyətə düşüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Azərbaycan Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib. O qeyd edib ki, artıq bərpa olunacaq evlərin siyahısı da hazırlanıb. Onun sözlərinə görə, bərpa olunacaq 30 evdən 15-i Saqiyan kəndinə düşür. Bundan əlavə, Qaravəlli, I Çaylı, Göylər kəndlərinin hər birində 3 ev, Muğanlıda 2 ev, Şamaxı şəhərində, Böyük Xınıslı, Quşçu və Nüydi kəndlərində 1 ev bərpa olunacaq.
Tarix : 28-04-2012, 10:00
Yaxın 6 ay ərzində Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, su xətləri rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyə, Meysəri, Muğanlı, Nüydi, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan, Çıraqlı kəndlərini əhatə edəcək.
Tarix : 27-04-2012, 18:27
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) ofisində şair Musa Yaqubun 75 illik yubileyi münasibətilə yeni çapdan çıxmış «Dövrün dəyirmanı» kitabının təqdimatı olub. APA-nın məlumatına görə, kitab AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun dəstəyi ilə çap edilib. E. Süleymanov M. Yaqubla 1954-cü ildən dost olduqlarını xatırladıb və kitabı şairin ad gününə töhfə adlandırıb: «Musa Yaqubun 75 illik yubileyidir. Amma nədənsə nə Yazıçılar Birliyində, nə də mətbuatda o yada düşmür.
Tarix : 27-04-2012, 17:27
Azərbaycanın hakim korpusu qısa zamanda tam gəncləşəcək. Trend-in məlumatına görə, bunu gənc hüquqşünasların Beynəlxalq Bakı Forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. "Hazırda ölkədə davam edən islahatlar prosesində gənclərin rolu mühüm əhəmiyyət kəsb edir", - PA rəsmisi deyib.
Tarix : 27-04-2012, 13:38
Azərbaycandakı ali məktəblərdə tədris olunan fənləri müəyyənləşdirmək həmin təhsil müəssisələrinin özlərinə həvalə olunacaq. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən deyiblər. Nazirlikdən bildirilib ki, indi eyni ixtisas bir neçə ali məktəbdə tədris olunursa, həmin məktəblərin hamısında eyni fənlər keçilir. İxtisaslar üzrə hansı fənlərin keçilməsini isə Təhsil Nazirliyində ixtisaslar üzrə yaradılmış işçi qrupları müəyyən edir.
Tarix : 27-04-2012, 13:33
Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. "Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər", - Həsənov deyib.
Tarix : 27-04-2012, 13:09
|