Dünyada » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
Dünən, 14:33    ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib
ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilibDekabrın 1-2-də ATƏT-in Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək sammitində 5 mindən artıq qonağın iştirakı gözlənilir. APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yaradılmış işçi qrupun toplantısında deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 Sentyabr 2010, 11:09    Gürcüstanda Həmrəylik günü qeyd olunur
Gürcüstanda Həmrəylik günü qeyd olunurSentyabrın 1-də Gürcüstanda Həmrəylik günü qeyd olunur. Gürcüstanda Həmrəylik gününün bu tarixdə qeyd olunmasını Prezident Mixeil Saakaşvili 2008-ci il sentyabrın 1-də, Gürcüstan-Rusiya müharibəsindən sonra elan edib. Bütün Gürcüstanda 1,5 milyondan çox insanın ayağa qalxıb həmrəylik zənciri yaratdığı vaxt, Saakaşvili Azadlıq meydanında bugünün Gürcüstanın Həmrəyliyi günü olacağını bəyan edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 Sentyabr 2010, 11:09    Astanada ATƏT sammitinin keçirilməsi Qazaxıstanın nüfuzunu dünyada artıracaq
Astanada ATƏT sammitinin keçirilməsi Qazaxıstanın nüfuzunu dünyada artıracaqAstanada ATƏT-in qlobal forumunun keçirilməsi nəinki dünyada Qazaxıstanın nüfuzunu artıracaq, eyni zamanda, ölkənin inkişafına impuls verəcək. Bunu Prezident Nazarbayev Parlament palatalarının bugünkü birgə iclasında çıxış edərkən deyib. "ATƏT üzvü olan bütün dövlət başçılarının iştirakı ilə keçirilən belə səviyyəli sammitə bütün dünyanın diqqəti cəlb olunacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 Sentyabr 2010, 10:09    ABŞ prezidenti rəsmi olaraq İraqda hərbi əməliyyatların başa çatdığını elan edib
ABŞ prezidenti rəsmi olaraq İraqda hərbi əməliyyatların başa çatdığını elan edibABŞ prezidenti Barak Obama Amerika xalqına televiziya vasitəsiilə müraciətində ABŞ ordusunun İraqda döyüş əməliyyatlarında iştirakının başa çatdığını bildirib. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Obama İraq xalqının öz ölkəsinin gələcəyini öz əllərinə almasının ABŞ-a çox baha başa qəldiyini deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 Sentyabr 2010, 10:09    Türkiyə XİN Danimarkada kürd telekanalına qarşı qaldırılan cinayət işini alqışlayır
Türkiyə XİN Danimarkada kürd telekanalına qarşı qaldırılan cinayət işini alqışlayırÇərşənbə axşamı Türkiyənin Xarici İşlər Nazirliyi Danimarkada fəaliyyət göstərən "Roj-TV" kürd telekanalı ilə bağlı cinayət işinin qaldırılmasını alqışlayıb. Bu barədə "Anadolu" agentliyi xəbər verir. Bir az əvvəl Danimarka Prokurorluğu "Roj-TV" kanalına və "Mesopotamia Broadcast A/S METV" yayım şirkətinə qarşı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatını dəstəklədiyinə görə cinayət işi açıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Avqust 2010, 12:08    Türkiyə sentyabrda BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək
Türkiyə sentyabrda BMT Təhlükəsizlik Şurasına başçılıq edəcəkTürkiyə sentyabrın 1-dən bir ay müddətində BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək. Bu barədə Türkiyənin "Haberturk" informasiya saytı məlumat verib. Ölkəyə strukturun sədri səlahiyyətləri TŞ-in daimi üzvü Rusiyadan keçəcək. 2009-cu ildə Türkiyə BMT TŞ-in 2 il müddətinə qeyri-daimi üzvü seçilib və artıq bir dəfə TŞ-yə rəhbərlik edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Avqust 2010, 10:08    Tehran reaktoru üçün lazımlı nüvə yanacağı ilin sonunadək istehsal olunacaq
Tehran reaktoru üçün lazımlı nüvə yanacağı ilin sonunadək istehsal olunacaq İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlayıb ki, indiyədək 25 kiloqram 20 faizlik uran artıq zənginləşdirilib və ilin sonunadək Tehran reaktoruna lazım olan bütün nüvə yanacağı ölkədə istehsal olunacaq. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
30 Avqust 2010, 14:08    Region ölkələrinin sayıqlığı bütün düşmənləri məhv edəcək
Region ölkələrinin sayıqlığı bütün düşmənləri məhv edəcək Regionda Livandan İrana qədər bütün dövlətlərin sayıqlığı düşmənləri məhv edəcək. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı İSNA yayıb. "İran və Livan hegemon dövlətlər və bəşəriyyətin düşmənlərinə qarşı ağır öhdəlik və vəzifələri bölüşürlər", - Prezident Tehranda "Əməl" Fələstin hərəkatının bir neçə nümayəndəsi ilə görüşdə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
28 Avqust 2010, 12:08    İranda zəlzələ nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb
İranda zəlzələ nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıbÖtən gecə İranın Simnan əyalətinin Damğan şəhərində baş vermiş zəlzələ nəticəsində, ikisi körpə uşaq olmaqla, 3 nəfər ölüb, 40 nəfər yaralanıb. Məlumatı İranın FARS xəbər agentliyi yayıb. Zəlzələ yerli vaxtla saat 23:53 radələrində Rixter cədvəli üzrə 5,9 bal gücündə olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
28 Avqust 2010, 11:08    ABŞ Qırğızıstandakı qaçqınlara 9,5 milyon dollar yardım ayırıb
ABŞ Qırğızıstandakı qaçqınlara 9,5 milyon dollar yardım ayırıbABŞ Qırğızıstandakı qaçqınlara yardım məqsədilə 9,5 milyon dollar ayırıb. Bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilib. Bununla əlaqədar ABŞ prezidenti Barak Obama müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, ABŞ Qırğızıstanda baş vermiş toqquşmalarda zərər çəkmiş qaçqınlara yardım etmək niyyətini hələ bir müddət əvvəl bəyan edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
27 Avqust 2010, 11:08    Türkiyə-Ermənistan sərhədi müvəqqəti də olsa açılmayacaq
Türkiyə-Ermənistan sərhədi müvəqqəti də olsa açılmayacaq Türkiyə NATO-nun təlimləri zamanı Ermənistanla sərhədini müvəqqəti olsa da açmayacaq. Bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Bu barədə DHA agentliyi məlumat verir. "Sentyabrda Ermənistanda keçiriləcək təlimlər tamamilə humanitar xarakter daşıyır. Bu təlimlər zəlzələ və təbii fəlakətlərlə bağlıdır", - Davudoğlu deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
27 Avqust 2010, 11:08    Gürcüstanda intihar hadisələri üç dəfə artıb
Gürcüstanda intihar hadisələri üç dəfə artıbGürcüstanda intiharın sayı üç dəfə artıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tbilisidə çıxan “Rezonansi” qəzeti məlumat verib. Qəzetin məlumatına görə, 2008-ci ildə 67 nəfər, 2009-cu ildə isə 183 nəfər intihar edib. Bu faktla bağlı 149 kişi və 39 nəfər qadın aşkarlanıb. İntihar hadisələrini törədənlər əsasən yaşı 20-dən çox olanlardır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
26 Avqust 2010, 12:08    NATO ekspertləri Gürcüstana hərbi təhsil sistemini yenidən qurmaqda kömək edirlər
NATO ekspertləri Gürcüstana hərbi təhsil sistemini yenidən qurmaqda kömək edirlərNATO ekspertləri Gürcüstan Müdafiə Nazirliyində görüş zamanı ölkədə hərbi təhsil perspektivlərini müzakirə ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO-nun Tbilisiyə gələn ekspert qrupu təşkilatın qərargah nümayəndələri, ABŞ Milli Müdafiə Kolleci və ABŞ Birləşmiş Qərargahının nümayəndələri, eləcə də Rumıniya Müdafiə Universitetinin üzvlərindən ibarət olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
26 Avqust 2010, 10:08    İrəvanın mərkəzində atışma olub
İrəvanın mərkəzində atışma olubİrəvanın mərkəzində atışma olub. APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, Azatutyan prospektində, Arabkir hərbi komissarlığının yaxınlığında atəş səsləri eşidilib. Hadisə yerinə İrəvan polis idarəsinin rəisi və çoxlu sayda polis əməkdaşları gəlib. Şahidlərin sözlərinə görə, qeyd olunan əraziyə gələn “Jeep” markalı maşından bir neçə idmançı formalı oğlan düşüb və “Bizə qarşı heç kim oyun oynaya bilməz” deyə qışqıraraq atəş açmağa başlayıblar.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
26 Avqust 2010, 10:08    Ermənistandakı Rusiya hərbi bazasının statusu ilə bağlı məsələ bu iki ölkənin öz işidir
Ermənistandakı Rusiya hərbi bazasının statusu ilə bağlı məsələ bu iki ölkənin öz işidirAPA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərin bu mövzuda sualını cavablandıraraq bildirib ki, bu məsələnin yalnız Rusiya və Ermənistana aidiyyəti var: “Əlbəttə ki, ABŞ-la Ermənistanı möhkəm tərəfdaşlıq münasibətləri birləşdirir və biz bu münasibətlərin davam edəcəyinə çox ümid bəsləyirik.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
25 Avqust 2010, 16:08    Ankarada Azərbaycan gecəsi keçiriləcək
Ankarada Azərbaycan gecəsi keçiriləcəkTürkiyənin paytaxtı Ankara şəhərində avqustun 28-də Azərbaycan gecəsi keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Mətbuat xidmətindən məlumat veriblər. Məlumatda qeyd olunub ki, II Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiören Bələdiyyəsidir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
25 Avqust 2010, 14:08    İran öz sınaqlarının dinc xarakterliliyini nümayiş etdirməlidir
İran öz sınaqlarının dinc xarakterliliyini nümayiş etdirməlidir İran nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin üzvü olduğundan, öz sınaqlarının dinc xarakterliliyini nümayiş etdirməlidir. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının Hazırlıq komissiyasının icraçı-katibi Tibor Tot (Tibor Toth) belə qənaətdədir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
24 Avqust 2010, 12:08    2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb
2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb ki, bu da 2008-ci ildə olduğundan 58 faiz azdır. Bu barədə "Gürcüstanstat" Milli Statistika Xidməti məlumat verir. İdarənin məlumatına görə, 2009-cu ildə ən iri sərmayədar BƏƏ olub. Bütün xarici sərmayələrdə onun payı 62 faiz təşkil edib. BƏƏ Gürcüstana 162,8 milyon dollar həcmində sərmayə qoyub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
24 Avqust 2010, 11:08    “Konqres Azərbaycanla münasibətlərimizi çətinləşdirməkdə davam edir”
“Konqres Azərbaycanla münasibətlərimizi çətinləşdirməkdə davam edir”Montanadan olan keçmiş senator Konrad Rey Börns Metyu Brayzanın ABŞ-ın Azərbaycandaki səfirliyinə namizədliyini tam dəstəklədiyini bildirib. Börns 1913-cü ildə Konstitusiyaya 17-ci Əlavənin qəbulundan sonra keçən dövr ərzində Montananı Senatda təmsil edən iki respublikaçı senatordan biridir. O, həm də Montana tarixində ən uzun ömürlü respublikaçı senatordur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
23 Avqust 2010, 15:08    Türkiyə Baş naziri vertolyotun göyərtəsində olarkən səhhəti pisləşib
Türkiyə Baş naziri vertolyotun göyərtəsində olarkən səhhəti pisləşibTürkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın səhhəti pisləşəndən sonra, onu aparan vertolyot Ordu şəhəri yaxınlığında məcburi eniş edib. Bu barədə xəbəri "Yeni Şəfəq" qəzeti yayıb. Türkiyə Baş nazirinin vertolyotu Samsun şəhərindən Orduya uçub. Hökumət rəhbəri orada xalq qarşısında sentyabrın 12-də keçiriləcək referendumla bağlı nitq söyləməli idi.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
20 Avqust 2010, 13:08    “Moskvanın yekun məqsədi Cənubi Qafqazda təkbaşına hegemonluq qurmaqdır”
“Moskvanın yekun məqsədi Cənubi Qafqazda təkbaşına hegemonluq qurmaqdır”“Moskva Cənubi Qafqazda qüvvələr nisbətini dəyişmək üçün özünün bütün geosiyasi alətlərindən istifadə edəcək”. APA-nın xəbərinə görə, bunu ABŞ-dakı “Heritage” (İrs) Fondunun Rusiya və Avrasiya üzrə aparıcı mütəxəssisi Ariel Koen “The Washington Times” qəzetinin 19 avqust tarixli sayında dərc olunan məqaləsində yazıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
20 Avqust 2010, 13:08    Ermənistan Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcək
Ermənistan Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcəkErmənistan Azərbaycanla münasibətini aydınlaşdırmayana kimi İran Ermənistana taxıl verməyəcək. Bu eksklüziv açıqlamanı APA-ya İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
20 Avqust 2010, 10:08    Dağıstanda dörd yaraqlı öldürülüb
Dağıstanda dörd yaraqlı öldürülübRusiya hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 19-da Dağıstanın Xasavyurt rayonunda 4 yaraqlını məhv ediblər. APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, yaraqlılar silahlı müqavimət göstərsələr də, məhv ediliblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
19 Avqust 2010, 13:08    Vaşinqton və Aşqabad enerji əməkdaşlığının aspektlərini müzakirə ediblər
Vaşinqton və Aşqabad enerji əməkdaşlığının aspektlərini müzakirə ediblərAşqabadda Birləşmiş Ştatların Energetika Departamentinin regional bürosunun direktoru Riyaz Avanın başçılıq etdiyi ABŞ nümayəndə heyəti enerji sahəsində əməkdaşlıq məsələləri üzrə danışıqlar aparır. Bu barədə rəsmi tükmən mənbəyi məlumat verib
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
← Geri    1 2 3 ... 54 55 56    İrəli →