BMT İranda milli azlıqların sıxışdırılması və edamlardan narahatlığını bildirib
Xəbərlər » Dünyada / (4-11-2011, 14:44)

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda milli azlıqların sıxışdırılması və son edamlarla bağlı narahatlığını dilə gətirib. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təşkilatın insan hüquqları komitəsinin açıqlamasında İran İslam Respublikasında milli və dini azlıqların təqib edilməsinin davam etdiyi qeyd olunur. Komitənin üzvü Kristin Şane bəyan edib ki, İranın BMT-dəki nümayəndəsi komitənin bununla bağlı sorğu-sualından yayınır və bu ölkə insan haqları sahəsindəki öhdəliklərini icra etmir.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı