Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, noyabrın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən yadım karvanı zəlzələ bölgəsində çatıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Van bölgəsində zəlzələdən zərər çəkənlərə 200 yataq çarpayısı və 150 ədəd çadır göndərilib. Bu, Azərbaycandan Türkiyəyə göndərilən üçüncü yardım karvanıdır. Bundan əvvəl FHN tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkmiş bölgəyə çatdırılıb. Eyni zamanda, Van bölgəsində xilasetmə əməliyyatlarında yaxından iştirak edən Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 12 şəxs xilas edilib, 60 cəsəd çıxarılıb. /APA/