“Ermənistanla imzalanmış protokollar Türkiyə parlamentinin gündəliyinə salınmayacaq”
Xəbərlər » Dünyada / (21-11-2011, 11:31)

Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokolları Türkiyə parlamentində müzakirəyə çıxarılmayacaq. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkır deyib.  “Komissiyanın rəhbəri kimi, protokolların parlamentdə müzakirəyə çıxarılıb-çıxarılmamasına məsul şəxs olaraq deyə bilərəm ki, protokollar Türkiyə parlamentinin gündəliyinə salınmayacaq”, - deyə V. Bozkır bəyan edib.
V. Bozkər onu da əlavə edib ki, Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur, ola da bilməz. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı