Noyabrın 22-də Belarusun paytaxtında MDB-nin iqamətgahında Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri şurasının iclası keçiriləcək. Bu barədə APA Azərtac-a istinadən məlumat verir. Daimi nümayəndələr beş məsələni müzakirə etmək niyyətindədirlər. Onların arasında 2012-2013-cü illərdə MDB sənədləri layihələrinin razılaşdırılması üzrə ekspert qruplarının iclaslarının hazırlanması və keçirilməsi təcrübəsinin təkmilləşdirilməsi, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının, İqtisadi Şuranın, Daimi Səlahiyyətli Nümayəndələr Şurasının və İqtisadi Şura yanında İqtisadi Məsələlər üzrə komissiyanın iclaslarında sahə əməkdaşlıq orqanlarının fəaliyyəti haqqında hesabatların cədvəli var.
Şuranın üzvləri həmçinin 2011-ci ilin Müstəqil Dövlətlər Birliyində ərzaq təhlükəsizliyinin artırılması ili elan edilməsi barədə Dövlət Başçıları Şurasının qərarının yerinə yetirilməsi gedişi haqqında, MDB-nin fərmanı ilə təltifata təqdimat barədə informasiyanı müzakirə edəcək, növbəti görüşün gündəliyinin layihəsini razılaşdıracaqlar. /APA/