İran parlamenti Böyük Britaniya ilə əlaqələrin məhdudlaşdırılması haqda qərar qəbul edib
Xəbərlər » Dünyada / (28-11-2011, 11:24)

İran İslami Şura Məclisi (parlament) bütün sahələrdə Böyük Britaniya ilə əlaqələrin məhdudlaşdırılması haqda qərar qəbul edib. APA-nın məlumatına görə, noyabrın 27-də parlamentdə səsverməyə çıxarılan qərar layihəsinin lehinə 179, əleyhinə 4 nəfər səs verib, 11 deputat isə bitərəf qalıb. Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib ki, belə bir addım Böyük Britaniyanın İran Mərkəzi Bankına tətbiq etdiyi sanksiyaya cavab olaraq atılıb.
Qeyd edək ki, qərar qüvvəyə minəcəyi təqdirdə Böyük Britaniya səfiri İranı tərk etmək məcburiyyətində qalacaq, sadəcə konsul və ya diplomatik korpusun bir işçisi ölkədə fəaliyyət göstərəcək./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı