MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Fəaliyyət Proqramı Moskvada müzakirə edilir
Xəbərlər » Dünyada / (29-11-2011, 11:39)

 

MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) 2012-ci il Fəaliyyət Proqramı Moskvada müzakirə edilir. Azərbaycan Gənclər və İdman Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, MDB DHƏF-in 2012-ci il Fəaliyyət Proqramına daxil edilməsi üçün üzv ölkələr tərəfindən təqdim olunan layihələrin müzakirəsi və seçiminin həyata keçirilməsi prossesi Moskvada noyabrın 28-də start götürən Beynəlxalq ekspert komissiyasının növbəti iclasına aparılır.

Məlumatda qeyd olunur ki, iclasda təhsil, mədəniyyət, gənclər, informasiya, kitabxana, nəşriyyat və s. mövzular müzakirə olunur.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva iştirak edir.

Tədbir bu gün öz işinə yekun vurur. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı