ABŞ-da yaşayan azərbaycanlılar Metyu Brayzanın Azərbaycana səfir postuna təsdiqlənməsi üçün kampaniyaya start veriblər
Xəbərlər » Dünyada / (6-12-2011, 12:31)

Amerikada yaşayan azərbaycanlılar Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqlənməsi üçün kampaniyaya start verərək Senat üzvlərinə məktub göndəriblər. Bu barədə APA-nın ABŞ müxbirinə diaspordan bildiriblər.  “ABŞ-ın Azərbaycandakı səfiri postu il yarım vakant qaldıqdan sonra keçən il prezident Obama Senat tətildə olduğu zaman Metyu Brayzanı bu posta təyin etmişdi. Bizim bu vacib regionda azsaylı strateji müttəfiqlərimizdən biri olan Azərbaycanda səfirin olması bizim üçün çox vacibdir. Təəssüf ki, bu təyinat sona çatır və senatorlar Menendez və Bokser bu təyinatın təsdiqlənməsini əngəlləyirlər”, - deyə məktubda bildirilir.
Diaspora üzvləri hesab edir ki, erməni lobbi qrupları bu təyinatın təsdiqlənməsini əngəlləmək üçün senatorlara təzyiq göstərərək onları Metyu Brayzaya uyğun olmayan, səhv suallar, qədim tarixlə bağlı suallar verməyə çağırırlar.
Diaspor üzvləri senatorlardan xahiş edir ki, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyətini davam etdirməsi üçün bu təyinatın Senatın Xarici Əlaqələr Komitəsi və bütün Senat tərəfindən təsdiqlənməsini təmin etsinlər.
Kampaniya ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən keçirilib. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı