|
Sarkozi siyasi səhvə yol verir – Ərdoğan
"Əgər qanun layihəsi qəbul edilərsə, Türkiyə mərhələli fəaliyyət planı hazırlayacaq", - o deyib və əlavə edib ki, bu gün Parisə qarşı hazırlanan sanksiyaların tam siyahısını açıqlayacaq. Bir müüddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini təsdiqləyərsə, Türkiyə bütün diplomatik vasitələrlə buna cavab verəcək. Senat cümə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cəzalandırılma haqqında qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir. Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar. /Trend/ Oxşar xəbərlər:
|












Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun telefon zənglərinə cavab verməməklə Fransa Prezidenti Nikola Sarkozi böyük siyasi səhvə yol verir. Bunu jurnalistlərə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər verir. Ərdoğan qeyd edib ki, Senatın qondarma "erməni soyqırımı"nı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edəcəyi halda Türkiyə Fransaya qarşı bir sıra sanksiyalar tətbiq edəcək.