|
Türkiyə səfiri Fransanı tərk edib
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bunlardan 38 deputat lehinə, 7-si isə əleyhinə səs verib. Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib. Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar. /Trend/ Oxşar xəbərlər:
|












Fransa parlamenti tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyənin Parisdəki səfiri Təhsin Bürcoğlu bu gün səhər ölkəni tərk edib. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti məlumat verib. Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.