Bu gün İran parlamentinin açıq iclasında münaqişə yaranıb. APA-nın məlumatına görə, dövlət məmuru ilə deputat arasındakı qarşıdurma ölkə parlamentində “Subsudiyalar” qanunun 12-ci maddəsi ilə bağlı layihənin müzakirəsi zamanı baş verib. Belə ki, Fəriman şəhərini ölkə parlamentində təmsil edən Hüseyn Hüseyninin tənqidinə dözməyən İranın Subsudiyaların Məqsədyönlü Paylanması üzrə Təşkilatının rəhbəri Behruz Muradi onun üzünə sillə vurub. Digər deputatların araya girməsi ilə hadisənin böyüməsinin qarşısı alınıb. İran parlamentin spikeri Əli Laricani Behruz Muradinin parlamentin iclasından dərhal çıxarılması barədə göstəriş verib. Bundan sonra müzakirələr yenidən davam etdirilib və iclasın sonunda layihə 157 lehinə, 3 əleyhinə və 13 nəfər bitərəf olmaqla qəbul edilib.