Türkiyə müdafiə sənayesi üzrə layihələri inkişaf etdirməli və ölkəni yerli istehsal olan zəruri hərbi texnika ilə təmin etməlidir. Bunu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haberturk" qəzeti yazır. Ərdoğan müdafiə sənayesi inkişaf etmiş ölkə kimi 2500 kilometrlik uçuş məsafəsinə malik raketlər istehsal edən İranın adını çəkib. "Türk təyyarələrinin uçuş radiusu 150 kilometr təşkil edir. Niyə biz belə güclü sistem yaratmayaq", - o deyib.
Ərdoğan onu da qeyd edib ki, İran Avropadan asılı olmayaraq və beynəlxalq sanksiyalarla hesablaşmayaraq, hərbi texnika və silahlar istehsal edir. Baş nazir bildirib ki, Türkiyə də öz hərbi məhsullarını istehsal etmək iqtidarındadır. /Trend/