Kanadada Azərbaycan dilində internet televiziyası fəaliyyətə başlayıb
Xəbərlər » Dünyada / (30-01-2012, 14:52)

Kanadada Azərbaycan dilində “Tebriztube” adlı internet televiziyası fəaliyyətə başlayıb. Bu barədə APA-ya hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmi məlumat verib. Onun sözlərinə görə, 24 saat yayımlanan televiziyanı www.tabriztube.com internet ünvanında yerləşən sayt vasitəsilə canlı izləmək olar: “Azərbaycan diasporu üçün nəzərdə tutulan televiziya milli mədəniyyətimizə, tariximizə həsr olunan verilişlər hazırlayır, Azərbaycanın tanınmış ziyalılarının müsahibələrini yayımlayır. Azərbaycan dilində fəaliyyət göstərən “Tebriztube” internet televiziyasının izləyiciləri sayt vasitəsilə Azərbaycanın tanınmış xanəndələrinin ifaları, ziyalılarının müsahibələri və sairə videolarla da tanış ola bilərlər”.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı