İran parlamentində Avropaya neft ixracının dayandırılması haqda qanun layihəsinin müzakirəyə çıxarılması təklif olunub
Xəbərlər » Dünyada / (7-02-2012, 15:05)

Bu gün İran parlamentinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, yığıncaqda millət vəkilləri Avropaya neft ixracının dayandırılması haqda qanun layihəsinin dərhal müzakirəyə çıxarılmasını tələb ediblər. Parlamentdə Məşhəd şəhərini təmsil edən deputat Cavad Kərimi Quddusi deyib ki, Avropaya neft ixracının dayandırılması barədə qanun layihəsi parlamentin ictimai müzakirəsinə çıxarılmalıdır: “Bir müddət əvvəl Fransa, Danimarka və digər üç ölkənin səfiri İranın neft naziri ilə görüşüblər. Onlar İranın Avropaya neft ixracının dayandıracağından narahat olduqlarını bildiriblər”.
İran parlamentinin sədri Əli Laricani isə millət vəkillərinə cavab olaraq qanun layihəsini müzakirəyə çıxarmağa hazır olduqlarını vurğulayıb: “Bu məsələ parlamentin gündəliyindədir”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı