İranda keçiriləcək parlament seçkilərində 3299 nəfər mübarizə aparacaq
Xəbərlər » Dünyada / (20-02-2012, 18:17)

İranda martın 2-də keçiriləcək parlament seçkilərində 3299 nəfər mübarizə aparacaq. APA-nın məlumatına görə, bu barədə İran Seçki Qərargahının sədri Solət Murtəzəvi açıqlama verib. O bildirib ki, seçkidə iştirak etmək istəyən 5395 nəfərdən yalnız 3299 şəxsin namizədliyi qeydə alınıb: “Hazırkı parlamentin 261 üzvündən 33 nəfərin namizədliyi ləğv edilib. Parlamentin sədr müavini Şəhabəddin Sədr də seçkiyə qatıla bilməyəcək. Seçkiyə bir həftə qalmış namizədlər təbliğat-təşviqat kampaniyalarına başlaya bilər”.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı