Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki Baş konsulları birgə konfrans keçirəcəklər » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
24 Oktyabr 2008, 14:10    Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki Baş konsulları birgə konfrans keçirəcəklər
Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki Baş konsulları birgə konfrans keçirəcəklərKaliforniyanın Los-Anceles şəhərində Amerika Azərbaycanlıları Şurası, Amerika Yəhudi Komitəsi və Türk Amerika Assosiasiyası birlikdə «Körpülərin qurulması-Xəzər dənizindən Aralıq dənizinədək Azərbaycan, Türkiyə və İsrailin Baş Konsulları ilə Dialoq» mövzusunda konfrans keçirəcəklər. Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsindən cümə axşamı verilən məlumata əsasən, noyabrın 6-da keçiriləcək tədbirdə hər üç ölkənin Los Ancelesdəki Baş konsulları Elin Süleymanov, Hakan Tekin və Jakob Dayan iştirak edəcəklər.

Məlumatda həmçinin bildirilib ki, dekabrın 6-da Amerika Azərbaycanlıları Şurası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın İrvin Universitetində ənənəvi «III Amerikalı Azərbaycanlıların Akademik Bilik Forumu» keçiriləcək. Tədbirdə Azərbaycanın türk köku və tarixi, çoxtərəfli ABŞ-Azərbaycan münasibətləri, Qafqazda siyasi və regional münaqişələr, eyni zamanda enerji təhlükəsizliyi, iqtisadi və texnoloji məsələlər müzakirə olunacaq. /Trend/


Kateqoriya: Xəbərlər » Dünyada
 Dostuna yolla       Çap versiyası