Müəmmər Qəddafi yaxşıdır və Tripolidədir. Bu barədə onun oğlu Seyfəlislam bəyan edib. Sonuncunun çıxışını "Əl-Ərəbiyyə" telekanalı göstərib. Xatırladaq ki, Liviya Keçid Milli şurasının rəhbəri Mustafa Əbdül Cəlil Seyfəlislam Qəddafinin həbs olunduğunu bildirmişdi. Lakin telekanal Seyfəlislamın azadlıqda olduğunu və tərəfdarları ilə görüşdüyünü göstərib.
"Tripoli bizim nəzarətimizdədir. Qoy hamı bilsin – Tripolidə hər şey yaxşıdır", deyə Seyfəlislam şəxsən görüşdüyü Frans Press agentliyinin jurnalistinə bildirib. O şəhərdə qızğın döyüşlər getdiyini təkzib edib.
Xatırladaq ki, bir müddət öncə üsyançıların əlində olan Müəmmər Qəddafinin digər oğlu Məhəmməd də həbsdən qaçmışdı. Beləliklə, üsyançıların əlində Liviya liderinin yalnız bir oğlu - Səədi var. /APA/