ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
2 Fevral 2009, 16:02    ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb
ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıbABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (U.S. Azeris Network) icraçı direktoru Adil Bağırovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, ölkənin «UMB Bank» tərəfindən təklif olunan ABŞ Azərbaycanlılar Şəbəkəsinin «Platinum Viza» kartı diaspor işinin təkmilləşməsində mühüm rol oynayacaq: “Belə ki, kartın sahibi onu ilk dəfə istifadə etdiyi zaman «UMB Bank» ABŞ Azərbaycanlıları Şəbəkəsinin hesabına 50 dollar köçürəcək. Daha sonra hər dəfə kredit kartı vasitəsilə hesablama apardıqda, məbləğin kiçik bir faizi ABŞ Azərbaycanlıları Şəbəkəsinin hesabına köçürüləcək”.

A.Bağırovun sözlərinə görə, istifadəyə buraxılan kredit kartı Azərbaycan diasporunun maliyyə təməllərini də möhkəmlədəcək. /APA/
Kateqoriya: Xəbərlər » Dünyada
 Dostuna yolla       Çap versiyası