Ərdoğan: ««Azadlıq donanması»na hücum müharibəyə səbəb ola bilərdi»
Xəbərlər » Dünyada / (13-09-2011, 10:19)

İsrail hərbçilərinin «Azadlıq donanması»na hücumu müharibə ilə nəticələnə bilərdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib. «Bu hərəkətə görə müharibə elan etmək olardı, lakin biz Türkiyənin böyüklüyünü unutmayaraq səbr nümayiş etdirdik», deyə baş nazir bildirib.
2010-cu ilin mayında Qəzza zolağına humanitar yük daşıyan «Azadlıq donanması»na İsrail hərbçilərinin hücumundan sonra Türkiyə və İsrail arasındakı münasibətlər gərginləşib. Hadisə nəticəsində 9 türk fəalı həlak olmuşdu. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı