İran parlamentinin spikeri Əli Laricani azərbaycanlı həmkarı Oqtay Əsədovu İrana dəvət edib. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmməd Əli Şəmsipur İRNA agentliyinə deyib. Şəmsipur əlavə edib ki, Laricani Əsədovu Tehrana keçiriləcək X "Fələstin xalqına dəstək" beynəlxalq konfransında iştirak etmək üçün dəvət edib.
Konfrans oktyabrın 1-2-də Tehranda keçiriləcək. Konfransda dünyanın müxtəlif dövlətlərinin rəsmilərinin iştirakı gözlənilir.
Şəmsipur bildirib ki, Laricani Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni də bu konfransda iştirak etmək üçün Tehrana dəvət edib. /Trend/
|
İran parlamentinin spikeri Milli Məclisin və Qafqaz Müsəlmanları İdarəsinin sədrlərini İrana dəvət edib
Oxşar xəbərlər:
|
AVCIYA.AZ
Yuxarı











