Bütün dünyanın taleyi BMT TŞ-nin beş daimi üzvünün qərarından asılıdır - Ərdoğan
Xəbərlər » Dünyada / (28-09-2011, 14:25)

 

BMT-də müəyyən islahatların aparılması və Təhlükəsizlik Şurasının beş daimi üzvü sisteminin ləğv edilməsi vacibdir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "TİME" jurnalına müsahibəsində bildirib. Trend-in məlumatına görə, xəbəri "Hürriyət" qəzeti yayıb. "BMT TŞ-nin beş daimi üzvlüyü məqsədəuyğun deyil, çünki bütün dünyanın taleyi məhz onların qərarından asılıdır", - Ərdoğan deyib.

Baş nazir onu da bildirib ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlər stabildir və heç bir böhran yaşamır, lakin "bizim istədiyimizdən daha az" yaxşılaşır./Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı