Konqresin komitəsində "soyqırım" haqqında qətnamənin qəbulu son zamanların ən böyük komediyasıdır » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
5 Mart 2010, 15:03    Konqresin komitəsində "soyqırım" haqqında qətnamənin qəbulu son zamanların ən böyük komediyasıdır
Konqresin komitəsində "soyqırım" haqqında qətnamənin qəbulu son zamanların ən böyük komediyasıdır Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqalər komitəsinin sədri Murad Mərcan qondarma "erməni soyqırımı" haqqında qətnamənin ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsi tərəfindən təsdiq edilməsini "ən böyük komediya" adlandırıb. Məlumatı CNN Türk yayıb.
Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.
Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Mərcan Türkiyənin ABŞ-dakı səfirliyində keçirilən mətbuat konfransında qətnamənin qəbul edilməsini "son ildə baş verən ən böyük komik vəziyyət" adlandırıb./Trend/
Kateqoriya: Xəbərlər » Dünyada
 Dostuna yolla       Çap versiyası