MDB daxili işlər nazirlərinin növbəti iclası Bakıda keçiriləcək
Xəbərlər » Dünyada / (14-10-2011, 16:08)

MDB daxili işlər nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək. APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, bu barədə MDB daxili işlər nazirləri Şurasının İrəvanda keçirilən iclasında qərar qəbul edilib. Bakı toplantısının dəqiq tarixi dövlətlərarası kanallarla razılaşdırılacaq.
Xatırladaq ki, Ermənistandakı iclasda Azərbaycan daxili işlər naziri Ramil Usubov da iştirak edir./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı