BMT: Dünya əhalisinin sayı 7 milyarda çatır
Xəbərlər » Dünyada / (27-10-2011, 10:50)

Dünya əhalisinin sayı oktyabrın 31-də 7 milyarda çatmalıdır. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin hesabatında deyilir. Qadın və kişilər arasında, müxtəlif ölkələrdə hüquq və imkanlar fərqinin böyük olduğu bildirilir. 9 ölkə-Çin, Misir, Efiopiya, Finlandiya, Hindistan, Meksika ,Mozambik, Nigeriya və keçmiş Yuqoslaviya respublikalarının əhalisi və demoqrafiyasına əsaslanan hesabatda bildirilir ki, 2011-ci ildə dünya əhalisinin 60 faizi Asiya, 15 faizi isə Afrikanın payına düşür. Afrika ölkələrində əhali artımı Asiya ilə müqayisədə iki dəfə çoxdur.  /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı