“Qərb Avropa Raket Hücumundan Müdafiə sisteminin Rusiyaya qarşı yönəlmədiyinə dair Moskvaya hüquqi qarantiyalar vermək niyyətində deyil, bu səbəbdən bu gün Rusiya ilə NATO arasında danışıqlar dalana dirənib”. APA-nın məlumatına görə, bu fikirləri “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko söyləyib. “Bununla belə hesab edirik ki, razılaşma əldə etmək üçün səyləri artırmaq lazımdır. Lakin bu məsələnin həll perspektivi gündən-günə azalır. Çünki görürük ki, ABŞ və onların Qərbi Avropadan olan müttəfiqləri arasında mərhələli adaptasiya yanaşmasına dair ikitərəfli sazişlər imzalanır. Artıq Rumıniya, Polşa və İspaniya ilə belə sazişlər imzalanıb. Hiss edirik ki, ABŞ və NATO ilə məsləhət xarakterli danışıqlar prosesindən çıxmasaq da, onlar bu sahədə öz planlarını həyata keçirirlər”. /APA/