Gələn ay Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin II forumu keçiriləcək
Xəbərlər » Dünyada / (1-11-2011, 15:20)

Dünya Azərbaycanlılarının 3-cü qurultayından sonra işlərində əsaslı dönüş yaradan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəallarının toplantısında Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün qurumun 1 illik inkişaf proqramı təsdiqlənib. APA-nın məlumatına görə, fəaliyyət proqramına əsasən Ukrayna Azərbaycanlı Gənclər Birliyi 1 il müddətində Ukraynanın vilayət və şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid bir mərkəz ətrafında birləşdirməklə xalqımızın qədim adət və ənənələrinin, zəngin tarixinin, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər etməklə silsilə tədbirlər keçirməyi planlaşdırıb. Bütün bunları həyata keçirmək üçün Ukrayna Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin iclasında bu il dekabrın 1-2-də Kiyev şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin II forumunun keçirilməsi ilə bağlı qərar qəbul olunub .Ukrayna Evində keçiriləcək forumda Ukraynanın 26 vilayət və şəhərindən, o cümlədən Azərbaycan və bir sıra Avropa ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına, o cümlədən, dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq. Forumda iştirak etmək istəyən gənclər 5-20 noyabr tarixlərində uayu.org saytında UAGB-nin II forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.  /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı