MDB Müdafiə Nazirləri Şurasının noyabrın 17-də Almatıda keçiriləcək toplantısında qarşılıqlı fəaliyyətə dair 20-dən çox məsələ müzakirə olunacaq. APA-nın məlumatına görə, Şuranın 61-ci toplantısına Rusiyanın müdafiə naziri Anatoli Serdyukov sədrlik edəcək. Toplantı iştirakçıları Şuranın işçi orqanlarının fəaliyyətinin nəticələrini analiz edəcək, 2012-ci il üçün iş planını müzakirə edəcəklər. Qeyd edək ki, MDB Müdafiə Nazirləri Şurasının toplantılarında bir qayda olaraq hərbi xarakterli birgə sistemlərin yaradılması və təkmilləşdirilməsinə diqqət yetirilir.
Toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın hərbi qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər. /APA/