Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB ölkələri Qərargah Rəisləri Komitəsinin iclası başa çatıb. APA-nın Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasa Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ukrayna silahlı qüvvələrinin qərargah rəislərinin başçılıq etdiyi nümayəndə heyətləri qatılıb. Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təmsil edib.

Tarix : 6-04-2012, 11:56

Son sutka ərzində Suriyadan Türkiyəyə 1622 nəfər keçib. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Bununla da Türkiyə ərazisində suriyalı qaçqınların sayı kəskin artaraq 21 622 nəfər təşkil edib. Suriyalı qaçqınlar sərhədyanı düşərgələrdə yerləşdirilirlər. Türkiyə qonşu ölkənin ərazisində sığınacaq axtaran qaçqınlar üçün düşərgələrin sayının artırılması üzrə işlər aparır.

Tarix : 5-04-2012, 14:00

Azərbaycan və Ukrayna ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin may ayında Kiyevdə keçirilməsi haqqında razılığa gəlib. Bu barədə razılıq Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri çərçivəsində əldə olunub. Ukrayna hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə N.Azarov qeyd edib ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli siyasi əlaqələr qaneedici səviyyədə qurulub, yüksək səviyyəli görüşlərin dinamikasında isə artım müşahidə olunur.

Tarix : 5-04-2012, 12:44

İranın Ankaradakı səfiri Bəhmən Hüseynpur dünən iranlı məmurlar tərəfindən Ankaranın ünvanına səsləndirilən tənqidlərlə bağlı izahat vermək üçün Türkiyə XİN-ə çağırılıb. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yayıb. Davudoğlu bildirib ki, İran hakimiyyətinin bəzi nümayəndələrinin Suriya məsələsində Türkiyənin tutduğu mövqe, xüsusilə də Ankaranın ABŞ-ın göstərişi ilə hərəkət etməsində ittiham olunması ilə bağlı fikirlərinə görə narahatlığının ifadə etmək üçün İranın XİN-in rəhbəri Əli Əkbər Salehi ilə əlaqə saxlayıb.

Tarix : 5-04-2012, 11:16

Aprelin 5-də Astanada MDB ölkələri silahlı qüvvələrinin qərargah rəislərinin iclası keçiriləcək. APA-nın xəbərinə görə, gündəliyə 14 məsələ daxil edilib. İclasda hərbi təyinatlı vahid sistemlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı kompleks məsələlər müzakirə olunacaq. Görüşdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna təmsilçiləri, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edəcək.

Tarix : 4-04-2012, 11:22

“Avronest” Parlament Assambleyasının (PA) növbəti Üçüncü sessiyası 2013-cü ilin 28-29 may tarixlərində keçirilə bilər. Gün.Az xəbər verir ki, bu barədə sözügedən PA-nın Bakıda keçirilən İkinci sessiyasında məlumat verilib. Sessiya zamanı bildirilib ki, “Avronest” PA-nın növbəti, üçüncü sessiyası Belçikanın paytaxtı Brüssel şəhərində və yaxud Fransanın Strasburq şəhərində keçiriləcək. Sessiyaya qədər isə “Avronest” PA-nın daimi komitələrinin iclasları öz işini həyata keçirəcək.

Tarix : 4-04-2012, 11:18

Türkiyənin xarici işlər nazirliyi bu ölkənin vətəndaşlarını Suriyaya səfərlərdən imtina etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb. Buna səbəb bu ölkədə mövcud olan qeyri-sabit vəziyyətdir. Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

Tarix : 4-04-2012, 10:20

Türkiyə Silahlı Qüvvələri dünən "Anadolu qartalı" adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verir. Aprelin 13-dək davam edəcək təlimlərə ölkənin Hərbi Dəniz Qüvvələri və NATO-nun İncirlikdəki hərbi bazası cəlb edilib.

Tarix : 3-04-2012, 12:49

ABŞ İsrailin Azərbaycanın bəzi hərbi aerodromlarından istifadə etmək hüququ əldə etməsinə dair məlumata malik deyil. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulənd brifinqdə bəyan edib. "Mən bunu təsdiqləyəcək heç bir informasiyaya malik deyiləm", - DD-nin saytı Nuləndin dediklərindən sitat gətirir. Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bir sıra xarici KİV-in Azərbaycan ərazisindəki hansısa aerodromların istifadə olunması üçün xarici dövlətə verilməsinə dair məlumatı təkzib edib.

Tarix : 3-04-2012, 11:43

Avrozonada işsizlik tarixində ən yüksək hədd olan 10,8%-ə çatıb. Bu barədə Eurostat məlumat yayıb. Bu bir il əvvəlki rəqəmdən 0,8% çoxdur. Beləliklə Avropa Birliyində 17 milyon 134 min nəfər işsizdir. İşsizlik faizində görə Avropa Birliyində birinci yerdə İspaniyadır (23,6%). Yunanıstanda bu rəqəm 21%-ə, Portuqaliyada 15%-ə, İrlandiyada isə 14,7%-ə bərabərdir.

Tarix : 3-04-2012, 10:32
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı