BMT-nin Təhlükəsizlik Şurası terrorçuluğun bütün formalarına qarşı mübarizə aparacağını təsdiqləyib. APA-nın verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurası Dəməşqdə baş vermiş terror aktlarını qətiyyətlə pisləyib. TŞ-nın üzvləri Suriyadakı münaqişənin iştirakçılarını dərhal atəşi dayandırmağa və BMT-nin sülh planına riayət etməsinə çağırıb.
Tarix : 11-05-2012, 10:38
Mayın 15-də Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə APA MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Sammitdə dövlət başçıları MDB məkanında əməkdaşlığın əsas aspektlərini müzakirə edəcəklər.
Tarix : 10-05-2012, 14:35
MDB üzvü olan ölkələrin inteqrə olunmuş valyuta bazarı sahəsində əməkdaşlıq haqqında saziş layihəsi birlik üzvü olan ölkələrin Hökumət Başçıları Şurasının mayın 30-da Aşqabadda keçiriləcək iclasının gündəliyinə salınıb. MDB İcraiyyə Komitəsinin verdiyi xəbərə görə, layihəyə əsasən hər bir ölkə tərəflərin valyuta əməliyyatları keçirmək hüququ olan rezident banklarını banklararası konversiya əməliyyatlarının keçirilməsi üçün öz milli bazarına buraxmağı öhdəsinə götürür.
Tarix : 10-05-2012, 14:25
Mayın 9-da Rusiyanın Taqanroq şəhərində şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıq göstərmiş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin, Azərbaycan kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.
Tarix : 10-05-2012, 10:20
“İran banklarında xarici elektron poçtlardan, o cümlədən də “gmail”, “yahoo” və “hotmail” poçt servislərindən istifadə etmək qadağan olunub”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın informasiya texnologiyaları və telekommunikasiya naziri Rza Tağıpur açıqlama verib. O bildirib ki, bu qadağayla bağlı İranın Mərkəzi Bankının sədri Mahmud Behməniyə də məlumat göndərilib: “Məktub yazaraq bildirilib ki, bundan sonra İranın Mərkəzi Bankında müştərilərdən yalnız milli elektron poçt ünvanları alınsın.
A PA-nın andiçmə mərasimini işıqlandıran müxbirinin verdiyi məlumata görə, Kreml Sarayının Andreyev zalında baş tutan andiçmə mərasiminə baş nazirinin müavinləri, nazirlər, din adamları, siyasətçilər, media mənsubları, elm, mədəniyyət və incəsənət xadimləri, ümumilikdə üç min nəfərə yaxın qonaq qatılıb. Mərasim xüsusi dövlət mühafizəsi alayı əsgərlərinin zala Rusiya bayrağı və Konstitusiyasını gətirməsi ilə başlayıb. Daha sonra hazırkı prezident Dmitri Medvedev zala daxil olub.
İqtidar Ermənistan Respublika partiyası bu ölkədə bazar günü keçirilən parlament seçkilərində 68,85% səs yığaraq birinci yerdədir. Ermənistan MSK-sının açıqladığı ilkin nəticələrə görə, "Çiçəklənən Ermənistan" partiyası 16.29%, "Daşnaktsutyun" partiyası 7,65%, "Orinats Yerkir" 3,27%, Erməni Milli Konqresi seçki bloku 1,63%, "İrs" partiyası 1,38% səs yığıb.
Fransada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransua Olland olub. Onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb. Xəbər yayıldıqdan dərhal sonra sosialistlər qələbə şənliklərini keçirmək üçün Bastiliya Meydanına axışıblar.
Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda BMT baş katibi Pan Gi Mun ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Pan Gi Mun Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsini uğurlu addım kimi dəyərləndirib. BMT-nin baş katibi 2011-ci ildə prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətli olduğunu, bunun Azərbaycanda demokratiyanın inkişafına xüsusi dəstək verdiyini bildirib.
Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyev və Almaniyanın xarici işlər naziri Guido Vestervelle arasında görüş keçirilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.
|