Dekabrın 15-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda söz azadlığı məsələsi müzakirə olunacaq. APA-nın məlumatına görə, iclas çərçivəsində AŞPA həmməruzəçiləri Cozef Debono Qrex və Perdo Aqramunt fon de Moranın çıxışları nəzərdə tutulur. Bundan başqa iclasda “Amnesty International”ın hesabatı dinləniləcək, bu təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalxuzenlə fikir mübadiləsi aparılacaq.

Tarix : 9-12-2011, 10:47

Bu gün Brüssel (Belçika) şəhərində Avropa Birliyi liderlərinin növbəti zirvə görüşü keçiriləcək.  Görüşdə əsas müzakirə mövzusu Avropanı bürüyən borc böhranı olacaq. Bundan başqa, AB-ni böhrandan çıxarmaq üçün Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozinin hazırladığı təkliflər paketi də liderlərin müzakirə edəcəyi sənədlər sırasındadır.

Tarix : 9-12-2011, 10:45

Dekabrın 7-də Vaşinqtonda qeyri-kommersiya təşkilatı və ABŞ və Azərbaycan xalqları arasında daha sıx əlaqələrin qurulması ilə məşğul olan Azərbaycan-Amerika Alyansının ilk tədbiri keçirilib. Trend-in məlumatına görə, bu barədə "The Sacramento Bee" qəzeti yazır. Tədbirdə ABŞ Konqresinin üzvləri, Dövlət Departamentinin nümayəndələri, amerikalı biznes liderləri və Azərbaycan-Amerika təşkilatının rəhbərləri iştirak ediblər.

Tarix : 8-12-2011, 15:33

Dekabrın 9-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərlərinin növbəti koordinasiya müşavirəsi keçiriləcək. Azərbaycanı bu müşavirədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirə zamanı 2020-ci ilə qədər MDB ölkələrinin iştirakçılarının bədən tərbiyəsi və idman haqqında strategiyasının, MDB-də İdman və sağlam həyat ili üçün əsas konsepsiya və tədbirlər planının işlənilməsi, MDB-nin dövlətlərarası ekoloji məsləhət şurasının yenidən bərpası, 2012-ci il “İdman və sağlam həyat tərzi ili”nin informasiya vasitələrində işıqlandırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tarix : 8-12-2011, 15:24

Vaşinqton Yəmənin fəxri prezidenti Əli Abdulla Salehə viza verməkdən imtina edib. ABŞ hökuməti hesab edir ki, əvvəlcə Saleh hakimiyyətin ötürülməsini başa çatdırılmalıdır. Hazırda Yəməndə müvəqqəti hökumət formalaşdırılıb, fevralın 21-də isə prezident seçkiləri keçirilməlidir. O vaxtadək Saleh rəsmi olaraq «ölkənin fəxri prezidenti» titulunu daşıyır.

Tarix : 8-12-2011, 10:27

Bu gün Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı çərçivəsində GUAM ölkələri xarici işlər nazirlərinin iclası keçirilib. APA-nın Vilnüsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Görüşdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Moldovanın xarici siyasət idarəsinin rəhbəri Yurie Lyanke, Ukraynanın Litvadakı səfiri Valeri Jovtenko, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

Tarix : 7-12-2011, 14:58

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumundan APA-ya verilən məlumata görə, ABŞ Prezidenti Barak Obamanın 2009-cu ildə məlum Qahirə çıxışından sonra bu layihəyə start verilib və 2010-cu ildə ABŞ hökumətinin ev sahibliyi ilə Birinci Sammit həyata keçirilib. Bir sıra dövlətlərin nazirlərinin, ABŞ vitse-prezidenti Corc Baydenin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Ekmeleddin İhsanoğlunun, o cümlədən 5000-ə yaxın qonağın iştirak etdiyi Sammitdə İƏT Gənclər Forumunun təşkilatçılığı ilə Sammitin tərkib hissəsi olaraq “İnkişaf Çağırışlarına Yeni Nəsilin Cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) – İƏT ölkələrində Gənc İşgüzarlar üçün yeni platforma” başlıqlı xüsusi panel təşkil olunub.

Tarix : 7-12-2011, 11:12

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 18-ci toplantısı çərçivəsində sabah Vilnüsdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. APA-nın Vilnüsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. İclasda GUAM-ın 2012-ci il üçün büdcəsi müzakirə olunacaq, tərəflər qurum çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməyin yollarını müzakirə edəcəklər. İclasın sonunda GUAM-a sədrlik Moldovadan Azərbaycana keçəcək.

Tarix : 6-12-2011, 12:32

Amerikada yaşayan azərbaycanlılar Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqlənməsi üçün kampaniyaya start verərək Senat üzvlərinə məktub göndəriblər. Bu barədə APA-nın ABŞ müxbirinə diaspordan bildiriblər.  “ABŞ-ın Azərbaycandakı səfiri postu il yarım vakant qaldıqdan sonra keçən il prezident Obama Senat tətildə olduğu zaman Metyu Brayzanı bu posta təyin etmişdi. Bizim bu vacib regionda azsaylı strateji müttəfiqlərimizdən biri olan Azərbaycanda səfirin olması bizim üçün çox vacibdir.

Tarix : 6-12-2011, 12:31

Bu gün Vilnüsdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 18-ci toplantısının açılış mərasimi keçirilib. APA-nın Vilnüsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə ATƏT-ə üzv ölkələrdən 45-dək xarici işlər naziri iştirak edir. İclasa həmçinin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ-ın dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Alen Jüppe də qatılıblar.

Tarix : 6-12-2011, 12:30
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı