Bu gün İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində XV Avrasiya İqtisadi Zirvəsi başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan toplantının açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. Məktubu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Tarix : 11-04-2012, 14:14
Avropa İttifaqı (Aİ) "Cənub dəhlizi"nin mümkün qədər tez bir zamanda açılmasını istəyir. "Biz dəhlizin tikilməsində hər hansı bir gecikmənin olmasını istəmirik", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronald Kobia deyib. Onun sözlərinə görə, bu məsələdə Aİ və Azərbaycan bir-birini çox gözəl anlayır, çünki hər iki tərəf qaz sahəsinə əməkdaşlığı mümkün qədər çox genişləndirmək istəyir.
Tarix : 11-04-2012, 11:45
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinə rəsmi səfəri zamanı keçirdiyi görüşdə jurnalistlərə verdiyi açıqlamada dünən Suriya ordusunun Türkiyə sərhədini ciddi şəkildə pozduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib. "Suriya ordusu açıq şəkildə Türkiyənin sərhədlərini pozub. Baş verənləri tez bir zamanda dəyərləndirəcəyik", - Ərdoğan bildirib.
Tarix : 10-04-2012, 14:35
“İranın “altılıq” ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) ilə keçiriləcək müzakirələr üçün praktiki təklifləri olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, dünyanın idarə olunmasında bütün ölkələrin iştirakı vacibdir: “ Dünya atom və kütləvi qırğın silahlarından təmizlənməlidir.
Tarix : 10-04-2012, 10:18
BMT baş katibi Pan Gi Mun Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda baş katib «Suriyada davam edən zorakılıq və insan haqlarının pozulması və əhalinin qonşu ölkələrə qaçması faktlarından narahatlığını» ifadə edib. Eyni zamanda Pan Gi Mun qonşu ölkələrə Suriya vətəndaşlarına qarşı qonaqpərvərlik göstərdiklərinə və sərhədlərini açıq saxladıqlarına görə minnətdarlığını bildirib.
Tarix : 10-04-2012, 10:16
Türkiyənin güclənməsi təkcə türklər deyil, bizim Azərbaycandakı, Krım və Bosniyadakı qardaşlarımız üçün də qürur mənbəyidir. Bu barədə Türkiyənin Aİ ilə əlaqələr üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri Türkiyə KİV-i yayıb. "Türkiyənin uğurları bütün müsəlman xalqlarının və regionun bütün xalqlarının uğurudur", - Baxış qeyd edib. Nazir habelə Slovakiya Ali Məhkəməsinin sədri Stefan Xarabinin Türkiyənin yüksək rütbəli məmurlarından kiminsə Slovakiya ərazisində "erməni soyqırımı"nı inkar edəcəyi halda dərhal məsuliyyətə cəlb ediləcəyinə dair dediklərinə cavab verib.
Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. APA-nın xəbərinə görə, tədbir çərçivəsində xarici siyasət idarələrinin başçıları MDB məkanında çoxtərəfli əməkdaşlığın aktual problemləri və beynəlxalq siyasətin maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər Şuranın iclasının gündəliyinə daxil olan bütün məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində kollektiv əməkdaşlıq, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması və maliyyə kəşfiyyatı məsələlərini nəzərdən keçiriblər.
Suriya hakimiyyəti dərhal öz xalqına qarşı hərbi əməliyyatlara son qoymalıdır. BMT baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib. Yaydığı bəyanatda baş katibi Suriyada zorakılığın artmasını qətiyyətlə pisləyib. Pan Gi Mun Suriya hökumətinin yaşayış məntəqələrində ağır silahlardan istifadə etməmək barədə öhdəlik götürməsinə baxmayaraq günahsız dinc sakinlər, o cümlədən qadınlar və uşaqlara qarşı etdiyi hücumdan təəssüfləndiyini bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, “İTAR-TASS” agentliyinin baş direktoru Vitali İqnatenko, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Rusiyadakı xarici ölkə səfirləri və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu BMT-nin baş katibi Pan Gi Munla telefon danışığı zamanı Suriyadakı son vəziyyəti müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib. Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.
|