Yerevanın Respublika meydanında cümə günü axşam saatlarında baş verən partlayış nəticəsində 144 nəfərdən çox adam xəsarət alıb. Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə hakim Respublika partiyasının seçkiqabağı mitinqindən əvvəl keçirilmiş konsertdə baş verib. Mitinqdə iştirak üçün gələn yeniyetmələrin əlində qazla doldurulmuş yüzlərlə şar partlayıb.

Tarix : 5-05-2012, 10:23

Mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır. Bu barədə şənbə günü AzərTAc dövlət xəbər agentliyi məlumat yayıb.

Tarix : 5-05-2012, 10:21

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-3-də Bakıda səfərdə olub. E. Süleymanovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun qəbulunda, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olublar.

Tarix : 4-05-2012, 15:20

İranda keçirilən parlament seçkilərinin ikinci turunu 60 min müşahidəçi izləyir. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın 18 əyalətində yerləşən seçki dairələrində ümumilikdə 14371 seçki qutusu var. Tehranda təşkil edilən seçki məntəqələrində namizədlərin 4100 nümayəndəsi müşahidəçi qismində iştirak edir.

Tarix : 4-05-2012, 15:10

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ofisinin Müdafiə üzrə koordinatoru xanım Qvenell Fontana ilə görüşüblər. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşdə azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində saxlanma şəraitinin araşdırılması, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Tarix : 4-05-2012, 15:02

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 830 əcnəbi vətəndaş ölkədən çıxarılıb.DMX-dən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Tarix : 4-05-2012, 10:57

Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb. Azərbaycanın Mərakeşdəki səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevin İSESCO-nun 30 illik yubileyi münaisbətilə xatirə medalı ilə təltif edildiyini bildirib. O, medalı, prezidentə ünvanlanmış məktubu və “İSESCO: 30 ilin nailiyyətləri” adlı kitabı səfirə təqdim edib.

Tarix : 4-05-2012, 10:50

ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb. Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı.

Tarix : 4-05-2012, 10:33

Bu gün BMT-nin qərargahında Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizəyə dair TŞ-nin iclası keçiriləcək. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu TŞ-nin may ayı üçün proqramını təqdim edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev deyib. O bildirib ki, mayın 10-da TŞ-nin Liviyaya dair brifinq, 14-də Kosovo ilə bağlı, mayın 15-də isə Bosniya Hersoqovinyaya dair iclas keçiriləcək. Həmin gün TŞ Somali ilə bağlı məsləhətləşmələr baş tutacaq.

Tarix : 4-05-2012, 10:27

APA-nın un.org saytına istinadən verdiyi xəbərə, bu münasibətlə keçirilən tədbirdə Pan Ki Mun Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək deyib ki, BMT Azərbaycanın demokratik və çiçəklənən dövlət olmasına bundan sonra da dəstək verəcək.  Eyni zamanda o, prezident İlham Əliyevi may ayında TŞ-yə sədrlik edəcəyi münasibətlə təbrik edib.

Tarix : 4-05-2012, 10:17
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı