A PA-nın andiçmə mərasimini işıqlandıran müxbirinin verdiyi məlumata görə, Kreml Sarayının Andreyev zalında baş tutan andiçmə mərasiminə baş nazirinin müavinləri, nazirlər, din adamları, siyasətçilər, media mənsubları, elm, mədəniyyət və incəsənət xadimləri, ümumilikdə üç min nəfərə yaxın qonaq qatılıb. Mərasim xüsusi dövlət mühafizəsi alayı əsgərlərinin zala Rusiya bayrağı və Konstitusiyasını gətirməsi ilə başlayıb. Daha sonra hazırkı prezident Dmitri Medvedev zala daxil olub.
İqtidar Ermənistan Respublika partiyası bu ölkədə bazar günü keçirilən parlament seçkilərində 68,85% səs yığaraq birinci yerdədir. Ermənistan MSK-sının açıqladığı ilkin nəticələrə görə, "Çiçəklənən Ermənistan" partiyası 16.29%, "Daşnaktsutyun" partiyası 7,65%, "Orinats Yerkir" 3,27%, Erməni Milli Konqresi seçki bloku 1,63%, "İrs" partiyası 1,38% səs yığıb.
Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.
Fransada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransua Olland olub. Onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb. Xəbər yayıldıqdan dərhal sonra sosialistlər qələbə şənliklərini keçirmək üçün Bastiliya Meydanına axışıblar.
Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda BMT baş katibi Pan Gi Mun ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Pan Gi Mun Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsini uğurlu addım kimi dəyərləndirib. BMT-nin baş katibi 2011-ci ildə prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətli olduğunu, bunun Azərbaycanda demokratiyanın inkişafına xüsusi dəstək verdiyini bildirib.
Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyev və Almaniyanın xarici işlər naziri Guido Vestervelle arasında görüş keçirilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri, "Hilton" otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən şənbə günü Trened-ə verilən məlumata görə, konfransı Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə giriş sözü ilə açdıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Bu ilin sonunda Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardan köçürülməsi prosesinə başlanacaq. Bu barədə APA-ya baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu il məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait xeyli artırılıb: “Ötən il bu məbləğ 100 mln. manat idisə, bu il 300 mln. manat nəzərdə tutulub”.
Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak ediblər.
|