Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nın icrasında şəffaflığın təmin edilməsi məqsədilə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunur.

Tarix : 14-05-2012, 18:34

Azərbaycanın qeyri-hökumət təşkilatları Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul ediblər. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib. QHT-lərin cümə axşamı keçirilən toplantısında qəbul edilmiş bəyanatda bildirilir ki, erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan ediblər.

Tarix : 8-05-2012, 11:03

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura üzvləri adından ölkə başçısı İlham Əliyevə təşəkkür məktubu göndərib. Şuradan Lent.az-a verilən məlumata görə, məktub müəllifi, onlara etimad göstərərək ikinci müddətə QHT-lərə Dövlət Dəstəyi Şurasına üzv təyin etdiyinə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tarix : 4-05-2012, 10:16

Azərbaycan qeyri-hökumət təşkilatları Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar bəyanat veriblər. Modern.az həmin bəyatanın mətnini təqdim edir:

  - 20 ildir ki, Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 8 may 1992-ci ildə yerli könüllü özünümüdafiə dəstələrinin qəhrəmancasına döyüşməsinə və layiqli müqavimətinə baxmayaraq, sayca qat-qat üstün olan, ən müasir silahlarla təchiz edilmiş Ermənistan hərbi birləşmələri Şuşanı işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü.            

Tarix : 3-05-2012, 15:52

İstənilən dövlətdə QHT-lər demokratiyanın yaradılması və inkişafında, insan haqlarının qorunmasında dövlət qurumlarının məsuliyyətinin və şəffaflığının artırılmasına töhfə verirlər. Trend-in məlumatına görə, bunu cümə axşamı Beynəlxalq QHT-lər Konfransının QHT qanunvericiliyi üzrə Ekspert Şurasının və Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanın "QHT-lər haqqında" qanunvericiliyinə 2009-cu ildə edilən dəyişiklik layihəsi ilə bağlı rəyinin təqdimatı zamanı Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Konstantin Yerokostopulos deyib.

Tarix : 19-04-2012, 10:43

Venesiya Komissiyası Azərbaycan Respublikasının "QHT-lər haqqında" qanunu ilə bağlı rəyini təqdim edəcək. Trend Komissiyanın rəsmi saytına istinadən xəbər verir ki, Venesiya Komissiyası və QHT haqqında qanun üzrə ekspert şurası tərəfindən hazırlanan rəyi təqdim etmək üçün aprelin 19-20-də konfrans təşkil olunacaq.

Tarix : 16-04-2012, 10:33

“Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı məsələsi sadələşdirilməlidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib. A. Quliyev bildirib ki, bu gün QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilikdə münbit şərait yaradılıb, dövlət qeydiyyatı ilə bağlı məsələdə isə müəyyən təkmilləşdirməyə ehtiyac var.  O, bununla əlaqədar təkliflərini irəli sürdüyünü də söyləyib: “İlk növbədə ictimai təşkilatların dövlət qeydiyyatına alınması müddətinə yenidən baxılmalıdır.

Tarix : 6-03-2012, 17:04

AVCİYA-nın prezidenti Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı işıq üzü görüb. AVCİYA-dan qhtxeber.az-a verilən məlumata görə, kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.

Tarix : 5-03-2012, 14:02

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının (QHT) maliyyə hesabatlarını QHT üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməsi barədə bildiriş yayıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «QHT-lər (ictimai birliklər və fondlar) haqqında» qanunun tələblərinə uyğun olaraq QHT-lər (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər, yerli özünüidarə orqanları, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədilə yaradılan qurumlar və başqa qanunlarla tənzimlənən digər QHT-lər istisna olmaqla) adı çəkilən Qaydaya əsasən QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edilmiş illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

Tarix : 22-02-2012, 14:52

QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Şəbəkənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinə diqqət yönəldilib.

Tarix : 26-01-2012, 15:10
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı