"Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi" mövzusunda seminar keçirilib
Xəbərlər » QHT xəbərləri / (11-11-2011, 13:59)

 Bu gün "Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə baş tutub. İB-nin sədri Nadir Abullayev çıxışında bildirib ki, bu ildə keçiriləcək bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməsi nəzərdə tutulmayıb: “Mərkəzi Seçki Komissiyasının rəsmiləri KİV vasitəsi ilə “Dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması hələ tapılmayıb”, “Bu dəfəki seçkilərin yerli özünüidarəetmə orqanlarına keçirildiyindən qanunla bu şəxslərin səsvermədə iştirakı mümkün deyil” və digər açıqlamalar verməklə bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməməsinə haqq qazandırırlar”.

“Azərbaycanın Vətəndaş Cəmiyyəti İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı və İB bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməməsini onların bir vətəndaş kimi Azərbaycan Konstitusiyasının 56-cı maddəsi ilə təsbit olunanseçki hüquqlarının pozulması kimi dəyərləndirilir”,- deyə sədr əlavə edib.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı