Naxçıvanda qeyri-hökumət təşkilatları üçün təlim keçiriləcək
Xəbərlər » QHT xəbərləri / (2-09-2011, 12:12)

Sentyabrın 5-6-da Naxçıvanda qeyri-hökumət təşkilatları üçün təlim keçiriləcək. APA-nın xəbərinə görə, təlim ATƏT-in Bakı ofisi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən təşkil olunub. 25 yerli QHT-nin iştirak edəcəyi təlimin əsas mövzusu QHT-lərin qeydiyyatı prosesi, fəaliyyəti və bu məsələlərin qanunvericilikdə necə əksini tapdığı olacaq. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı