Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib

Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsi
Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə parlamentindən beş nəfərlik heyət müşahidə edəcək

İyunun 21-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq çıxış edərək konfransda olduqca məhsuldar müzakirələrin aparıldığını, faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulmasına səbəb olur. Hüquq bərabərliyi insan hüquqlarının ali prinsipi hesab edilməlidir. Hüquqi, demokratik və vətəndaş cəmiyyəti quruculuğu yolunu tutan dövlətlərdə insan hüquq və azadlıqları milli prioritet məsələdir.

Konfransın yekununda Bəyannamə qəbul edilib.

Sənəddə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin təbliğinə, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən buna əməl edilməsinə dəstəyin verilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün iqtisadi və hüquqi inkişafın dəstəklənməsi, ədalətli bir dünya üçün davamlı tərəqqinin, sosial inkişafın və ətraf mühitin qorunmasının təşviqinin və heç kəsin bu inkişafdan kənarda qalmaması üçün birgə fəaliyyətin zəruriliyi, ombudsmanların, milli insan hüquqları təsisatlarının bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə əməl edilməsi məqsədilə monitorinq və qiymətləndirmənin aparılmasında, vətəndaş cəmiyyətinin bu prinsiplərin təbliği prosesində yaxından iştirakının təşviqinin, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini cəlb etməklə birgə tədbirlərin keçirilməsinin önəmi kimi məsələlər öz əksini tapıb.

Həmçinin Bəyannamədə universal və regional beynəlxalq təşkilatlarla, BMT və onun ixtisaslaşdırılmış təsisatları ilə, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər təşkilatlarla, həmçinin milli insan hüquqları qurumları, saziş qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hüquq bərabərliyinin təmin olunmasına yönəlmiş bir¬gə layihələrin təşviq olunması, hüquqların bərabər təmininə təhlükə yaradan halların, o cümlədən müharibə, hərbi münaqişə, soyqırımı, terrorizm, ksenofobiya və islamofobiya hallarının qarşısının alınması, onların dinc yolla həll olunması və nəticələrinin aradan qaldırılmasına yönəlmiş çevik proqramların hazırlanması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə, beynəlxalq təşəbbüslərə dəstək verməklə milli insan hüquqları təsisatlarının, vətəndaş cəmiyyətinin, bütün əhali qruplarının imkanlarının səfərbər edilməsi, əsas insan hüquqlarının, vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni, o cümlədən kollektiv hüquqların hər hansı bir əlamətə görə heç bir ayrı-seçkiliyə yol vermədən hərtərəfli təmin olunması sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələləri də yer alıb.