Press – reliz

AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu
AVCİYA seçkilərlə bağlı bəyanatla çıxış etdi
AVCİYA və ELS bələdiyyə seçkilərinin baş tutduğunu açıqlayıb

Azərbaycan Respublikasında keçirilmiş parlament seçkiləri ilə əlaqədar dünyanın nümuzlu, rəsmi müşahidə missiyaları öz müsbət münasibətlərini bildirdirmiş, yeni seçilmiş parlamentin legitimliyini tanıdıqlarını və əməkdaşlığa hazır olduqlarını bəyan etmişlər. Lakin onların rəyinə istinadən ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı açıqladığı rəy öz qərəzliyi ilə digərələrində kəskin surətdə fərqlənir və bu qərəzli münasibət hazırda da davam edir.
Məhz bu səbəbdən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 11 noyabr 2010 – cu il tarixdə mətbuat konfransı keçirərək ABŞ Departamentinin beynəlxalq müşahidə missiyasına istinadən verdiyi bu saxta açıqlamasının vətəndaş qarşıdurması və kütləvi ixtişaşlara rəvac verə biləcəyindən narahatlığını cəmiyyətə bildirmişdi.
Bu mətbuat konfransından sonra ABŞ – ın Azərbaycan Respublikasındakı səfirliyi KİV – ə açıqlama verərək “biz azərbaycan rəsmilərindən belə fikirləri eşitməmişik. Bizim üçün vacib rəsmilərin fikirləridir” deməsi təəccüb doğurmaya bilməz. Özünü demokratiyanın carçısı hesab edən bir dövlət rəsmilərinin bu cür açıqlaması absurtdur və aşağıdakı məsələlərə aydınlıq gətirilməsini vacib hesab edir:
a) ATƏT – in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, ATƏT – in Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyaları seçkilərə birgə rəy verdiyi halda, ABŞ Dövlət Departamentinin yalnız ATƏT – in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna istinad etməsi və seçkiyə qiymətləndirməni saxtalaşdırması hansı məqsədlərə xidmət edir?
ABŞ səfirliyinin 31 müşahidəçi və ATƏT/DTİHB-nin müşahidə missiyasına istinad etməsi yumşaq desək həqiqətdən çox uzaqdır. Çünki ATƏT/DTİHB digər 3 beynəlxalq institutla birgə bəyanatında müsbət qiymətləndirmə ilə çıxış etmiş, onların rəylərində Departamentin uydurduğu “Azərbaycanda keçirilmiş seçkilər beynəlxalq standartlara uyğun deyil” və buna oxşar qiymətləndirmə yoxdur. ABŞ Dövlət Departamentinin 31 ABŞ müşahidəçisinə istinad etməsinə cavab olaraq bildiririk ki, Azərbaycanda ABŞ-ın 31 müşahidəçisi ilə yanaşı Avropanın 27 ölkəsini təmsil edən, Avropa Seçki Akademiyasının 163 nəfərdən ibarət nüfuzlu tərkibi (onlardan 5-i ABŞ-dan olan müşahidəçilər olub), MDB və Tükdilli ölkələrin Parlament Assambleyasının müşahidəçiləri də seçkilərin tam demokratik keçirildiyini bildirmişlər. Belə çıxır ki, Amerika dövləti dünyada hegemon dövlət olduğundan dünyanın nüfuzlu, rəsmi və qeyri rəsmi müşahidə missiyalarının rəylərinə saymamazliq göstərir.

b) Azərbaycanda gedən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesində yalnız rəsmi mövqeləri qəbul etmək, reallıqda isə çox zaman hətta rəsmi mövqeləri də saya salmamaq, həmçinin digər institutların rəylərinə biganəlik, sayğısızlıq göstərmək ABŞ rəsmilərinin öz – özünü inkar etməsi və məntiqsizliyindən xəbər verir.
c) Əgər ABŞ Dövlət Departamenti yalnız rəsmi rəylərlə hesablaşırsa, onda yuxarıda adları çəkilən nüfuzlu, rəsmi beynəlxalq müşahidə missiyalarının seçki ilə bağlı rəylərini niyə saxtalaşdırır?
Azərbaycandakı son illər inkişaf etməkdə olan vətəndaş cəmiyyəti institutlarının rəylərinə ABŞ rəsmilərinin bu cür hörmətsizliyi başa düşülən deyil. Azərbaycanda gedən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesində yalnız rəsmi mövqeləri qəbul etmək, digər qurumlarının rəyləri ilə hesablaşmamaq ABŞ – ın demokraik imicinə çox böyük zərbə vurur.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı