Prezident “Diqlas”la bağlı məsələni nəzarətə götürüb, sahibkarlara kompensasiya veriləcək

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub
Bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığı açıqlanıb
Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib

Nizami Rayon İcra Hakimiyyətində (RİH) “Diqlas”Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarların bir qismi ilə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.

Sahibkarlara bildirilib ki, məsələni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb və dəymiş zərərə görə kompensasiya veriləcək.

Zərərçəkənlər qeyd ediblər ki, görüşdən razı qalıblar: “Dedilər ki, kompensasiya ödəniləcək. Bunun üçün vaxt müəyyən edilməyib. Bu gün dəymiş zərərə görə siyahıyaalınma işləri aparılacaq”.