Prezident İlham Əliyev: “Azərspace 2” peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib Prezident İlham Əliyev liseydə yaradılan şəraitlə tanış olub

 

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azerspace-2” peykinin sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində səsləndirilib.

 

Dövlətimizin başçısı qeyd edib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir.

 

“Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”, – deyə Prezident İlham Əliyev bildirib.