Prezident İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçilib

Məzahir Pənahov səs verib
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib
XİN: Ermənistan başa düşməlidir ki, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

Bu barədə AZƏRTAC-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.

O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.

Bilal Dündar deyib ki, “İlin dövlət başçısı” mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.