Prezident İlham Əliyev: Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək

“Karabakh.Center” layihəsinin təqdimatı olub
Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib
Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır

2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev Bakıda keçirilən hərbi paradda söyləyib.

“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.