Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında videoformatda iştirak edib
Ombudsman: Beynəlxalq Ədalət Məhkəməsinin qərarını regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm
Bu gün Ümumdünya Fiziki Fəallıq Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.